Onlayn ictimai-siyasi qəzet
Müqəddəs Eçmiədzin kilsəsinin ruhaniləri öz imanlarında sabit qalıblar, yoxsa sərhədləri keçiblər?
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan parlamentində hakim “Vətəndaş sazişi” partiyasından olan deputat Eriknaz Tiqranyan deyib.
“Düşünürəm ki, bizim bəzi din xadimləri, hamısını demirəm, çoxdan öz çıxışlarında çox siyasiləşiblər və mənəvi inanca xidmət etməyi tərk ediblər, sadəcə olaraq, siyasi partiya fəaliyyəti ilə məşğuldurlar. Narahatlıqlarınızı ifadə etmək, hakimiyyətlə danışmaq və dövlət əleyhinə bəyanatlar verməmək üçün çoxlu platformalar və variantlar var”, - deyə Tiqranyan bildirib.
Erməni deutatın sözlərinə görə, bəzi siyasi qüvvələr indi sadəcə olaraq din xadimlərindən istifadə edir, onların ardıcıllarının daha çox olduğunu və insanların siyasi xadimlərdən daha çox din xadimlərinin sözlərinə əməl edəcəyini düşünürlər. “Siyasətçilər öz gündəmlərini irəli apara bilmirlər. Ona görə keşişləri qabağa veriblər”, - deyə, Tiqranyan yekunlaşdırıb.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ