Onlayn ictimai-siyasi qəzet
“Avropa İttifaqının (Aİ) müşahidəçi missiyasının Ermənistandakı mövcudluğu İrəvan ilə Aİ arasında müzakirə olunacaq məsələdir”.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının rəhbəri, hakim “Vətəndaş sazişi” partiyasının deputatı Sərkis Xandanyan bildirib.
Qeyd edək ki, Aİ-nin Ermənistandakı mülki missiyası (EUMA) II Qarabağ savaşından sonra, 23 yanvar 2023-cü ildə yaradılıb. Missiya iki il üçün nəzərdə tutulub.
2023-cü ilin dekabrında missiya 138 nəfərdən 209 nəfərə qədər artırılıb.
Musavat.com
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ