Onlayn ictimai-siyasi qəzet
“Paşinyanın sözləri düşməncəsinə deyilsə, absurd bəyanatlardır”.
Musavat.com xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Ermənistan Xarici İşlər Nazirliyinin keçmiş baş katibi, revanşist diplomat Vahan Melikyan deyib.
Melikyan Nikol Paşinyanın İsveçrədə ermənilərlə görüşü zamanı qondarma “erməni soyqırımı” ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
“Erməni faktorunu bir kənara qoyaq, təsəvvür edin ki, dünyada nə qədər parlament bu barədə qərar qəbul idib, bu isə öz nümayəndələrini aşağılayıb, onlara zərbə vurub. Heç bir qiymət vermək istəmirəm, çünki mənim lüğətimdə belə bir söz yoxdur”, - deyə Vahan Melikyan qeyd edib.
Melikyan Paşinyanın apardığı diplomatiyanı tənqid edib.
“Diplomatiya ikitərəfli məsələlərin ardınca gedir, siz burada ikitərəfli nəsə görürsünüzmü? Burada yalnız birtərəflilik, daimi və davamlı güzəştlər var. 1-2 dəfə güzəşt etsəniz, yenə də edəcəksiniz. Əgər siz əvvəldən dayana, güzəştə getməkdən imtina edə, öz şərtlərinizi və ilkin şərtlərinizi irəli sürə bilməmisinizsə, deməli, burada diplomatiya yoxdur”, - deyə revanşist siyasətçi qeyd edib.
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan İsveçrədə ermənilərlə görüşü zamanı bu sözləri sərf edib:
“Biz “erməni soyqırımı”nın (qondarma - red.) tarixinə qayıtmalıyıq, nə baş verdiyini və niyə baş verdiyini, bunu necə qəbul etdiyimizi, kimlər vasitəsilə dərk etdiyimizi anlamalıyıq”.
Musavat.com
30 Yanvar 2025
29 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ