Onlayn ictimai-siyasi qəzet
Ermənistanda növbəti ilginc hadisə baş verib.
Musavat.com erməni mediasına istinadən bildirir ki, Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanın Kanaker-Zeytun inzibati rayonundakı qohumlarından birinin evinə baş çəkən zaman başına alma düşüb.
“Səfər zamanı sakinlərdən birinin dediyinə görə, yəqin ki, başqa bir bina sakini Nikol Paşinyana hündürmərtəbəli binanın pəncərəsindən alma atıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları binada axtarış aparır. Ermənistan Daxili İşlər Nazirliyi hər hansı şərh verməkdən imtina edib”, - ArmLur.am yazır.
Musavat.com
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ