İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın “başı” beşinci dəfə sındırıldı - foto

Ermənistandakı radikal müxalifətçilər baş naziri Nikol Paşinyanın heykəlini növbəti, sayca beşinci dəfə zədələyiblər.

Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Bildirilir ki, bir neçə ay əvvəl İcevan-Noyemberyan avtomobil yolundan daha təhlükəsiz yerə, yerli kilsənin həyətinə köçürülən heykəl yenidən dağıdılıb. Naməlum şəxslər gecə saatlarında “Paşinyanın başı”nı sındırıblar. "Hraparak” qəzeti yazır ki, sonuncu dəfə eyni hadisə mayın 13-də baş vermişdi. Bu dəfə isə heykəlin başı qırılıb və qırmızı boya sürtülüb.

Erməni mediası ironik şəkildə yazır ki, yerli hakimiyyət orqanları və iş adamları artıq bu heykəlin təmiri üzrə ixtisaslaşıblar və artıq dünən səhər tezdən hər şey yenidən bərpa edilib. “Hər dəfə Nikol Paşinyanın abidəsi sındırılanda elə sürətlə təmir olunur ki, sanki erməni millətinin taleyi ondan asılıdır.

Mənbəmizin sözlərinə görə, vandalların bir daha bunu təkrarlamaması üçün heykəlin yanında bir neçə kamera quraşdırılıb”, - qəzet əlavə edir.

Qeyd edək ki, “Mənim addımım” adlanan sözügedən heykəl Paşinyanın 2018-ci ilin yazında Gümrüdən İrəvana başladığı yürüşü simvolizə edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR