İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın Ankara səfərində bu məsələ də müzakirə olunub - Ermənilər açıqladı

Ermənistanın baş naziri Nikol Paşinyan Ankaraya son səfəri zamanı Türkiyə tərəfinin Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması üzrə xüsusi nümayəndəsi Serdar Kılıçla görüşüb.

Bu barədə “Past” qəzeti Ermənistan Xarici İşlər Nazirliyindəki mənbələrinə istinadən yazır. “Əsas müzakirə mövzusu Ermənistan-Türkiyə sərhədinin açılması, xüsusən də iyulun ikinci yarısında Marqara keçid məntəqəsinin açılmasının mümkünlüyü olub.

Əldə etdiyimiz məlumata görə, Türkiyə prezidenti Ərdoğanın andiçmə mərasimində iştirak etmək üçün Ankaraya gələn Paşinyan bir sıra “ictimai olmayan” görüşlər də keçirib”, – qəzet qeyd edir.//Publika.az

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR