İnsanlara hürriyət, millətlərə istiqlal!

“Paşinyanı QANLA devirəcəyik”

“Müxalifət Ermənistanda hakimiyyət dəyişikliyi uğrunda mübarizəni davam etdirəcəyini vəd edir və bunu xarici təhlükələrə qarşı durmaq üçün yeganə fürsət hesab edir”.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan parlamentində müxalif “Şərəf duyuram” fraksiyasının rəhbəri Ayk Mamicanyan danışıb.

Onun sözlərinə görə, Ermənistanda hakimiyyət dəyişikliyini küçələrdə və meydanlarda etiraz edən vətəndaşlar həyata keçirəcək.

“Əgər Paşinyan müdriklik nümayiş etdirməsə, bu, həm də qanla təmin olunacaq”, - deyə erməni deputat bildirib.

Onun sözlərinə görə, ölkənin gələcəyi və dövlətçiliyin qorunub saxlanması maraqları hər cür qurban verməyə dəyər.

Mamicanyan etirazçı siyasi qüvvələrin hakimiyyəti dəyişmək üçün əllərindən gələni edəcəyini bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR