İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanı HƏBS EDİN!

"Ermənistanda hüquq-mühafizə orqanlarının əməkdaşları qanunun aliliyini dəstəkləməlidirlər - bu, onların əsas vəzifəsidir. Buna görə onların hədəfi Nikol Paşinyan olmalıdır".

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan İstintaq Komitəsinin binası yaxınlığında keçirilən etiraz aksiyası zamanı Milli Öz Müqəddəratını Təyinetmə Birliyi partiyasının rəhbəri Paruyr Ayrikyan deyib.

Onun sözlərinə görə, Nikol Paşinyanla bağlı prokurorluğa bəyanat verilib və söhbət Ermənistan Cinayət Məcəlləsinin bir neçə maddəsindən gedir.

Daha sonra Ayrikyan polisə müraciət edib: "Sizin vəzifəniz korrupsiyada ittiham olunan Nikol Paşinyanı, eləcə də əvvəlki və indiki ədliyyə nazirlərini həbs etməkdir".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR