Onlayn ictimai-siyasi qəzet
"Levon Koçaryanın Paşinyanı "Bakının makleri" adlandırması Ermənistanın baş nazirini hiddətləndirdi. "Demokrat" Paşinyan Levonu həbslə təhdid etdi. Görünən odur ki, atası Levonu ölkənin liderlik kreslosuna hazırlayır".
Musavat.com xəbər verir ki, bu fikirləri Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirib.
"Əgər Robert Koçaryan və Serj Sarkisyan, digər qocamanlar ürəklidirlərsə, Paşinyanı devirsinlər və olacaqları öz gözləri ilə hakimiyyət kürsüsündən görsünlər. "Qarabağ klanı" hakimiyyətə gələn kimi yeni müharibə və nəticəsi özlərinə də bəllidir. Ona görə hazırda nə Koçaryan, nə də onun xarici çətiri Paşinyanı devirmək istəyindədir. Gələcək aylarda labüd olacaq hadisələrdə məsuliyyəti Paşinyanın üzərinə atmaq, ondan sonra isə onu devirmək üçün hərəkətə keçəcəklər. Təkrar edirəm, onlar Ermənistanın hansı addımlar atacağını bilirlər və məsuliyyətdən qaçırlar. Əgər doğrudan da Paşinyanın qərarlarına qarşıdırlarsa, o zaman getsinlər Tavuşa, Gorusa, Mehriyə və hadisələrin qarşısını alsınlar.
Zəngəzurun məhz üçtərəfli bəyanatda göstərilən şərtlər altında açılması, 4 kəndin qaytarılması, Konstitusiyanın və gerbin dəyişdirilməsi, daha nələr. Birinciyə erməni müxalifəti razıdır, iqtidar razı deyil, digərlərinə isə iqtidar razıdır, müxalifət razı deyil. Amma müxalifət yaxşı bilir ki, bu sadalanan və digər tələblər tez ya da gec reallaşacaq. Ona görə də özlərini suda islatmaq istəmirlər", - politoloq vurğulayıb.
Afaq Mirayiq,
Musavat.com
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ