Onlayn ictimai-siyasi qəzet
Rusiyanın heç kimi cəzalandırmağa gücü yoxdur.
Musavat.com “Caucasion bureau” saytına istinadən xəbər verir ki, sensasion məlumatı bu gün Ermənistanın “Past” qəzeti yayıb.
Qəzetin yazdığına görə, hələ oktyabr ayında Paşinyan hakim komandanın qapalı iclasını keçirib və o, “Qərbə dönüş” üçün mərhələli planı elan edib.
Paşinyan burada Rusiya ilə tərəfdaşlığın nə indi, nə də gələcəkdə Ermənistana heç nə vermədiyini və buna görə də yeni tərəfdaşlar axtardıqlarını deyib. İclas iştirakçıları onunla razılaşıblar.
O, bundan sonra MDB və KTMT çərçivəsində tədbirlərdə iştirak etməyəcəyini də bəyan edib. Paşinyan, Qərb müttəfiqlərinin İrəvana təklif etdiyi yeni imkanların yaxın vaxtlarda açıqlanacağını da söyləyib.
İclas iştirakçılarından biri Paşinyan Moskvanın cavab addımlarının nəticələrini hesablayıb-hesablamadığını soruşduqda Ermənistan baş naziri “Rusiya indi o qədər zəifləyib ki, artıq heç kimi heç nəyə görə cəzalandırmaq iqtidarında deyil” deyə cavablandırıb.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ