İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyandan SENSASİON AÇIQLAMA: "Azərbaycanın digər hissəsi ilə Naxçıvan arasında əlaqələrin bərpası vacibdir"

“Ermənistan-Türkiyə sərhədinin və dəmir yolunun açılması qlobal əhəmiyyət kəsb edir. “Nəqliyyat əlaqələri nəzərindən regionun logistik əhəmiyyəti dəyişir, daha vacib rol oynayır. Ermənistanla Türkiyə arasında sərhədlərin, o cümlədən dəmir yolunun açılması qlobal əhəmiyyət daşıyacaq. Həmçinin Azərbaycanın digər hissəsi ilə Naxçıvan, İranla Azərbaycan, Ermənistanla Rusiya arasında əlaqələrin bərpası vacibdir”.

Musavat.com "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 10-da keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, İrəvan və Ankara təkcə danışıqlar aparmamalıdır, prosesin dinamikasını artıran konkret addımlar da atılmalıdır:

“Xüsusi nümayəndələrin işinin davam etməsi, Prezident Rəcəb Tayyib Ərdoğanla birbaşa danışıqlar vacibdir. Ümid edirəm ki, yaxın gələcəkdə sərhəd üçüncü ölkə vətəndaşları üçün açılacaq”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR