İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyandan Oskanyana SƏRT SÖZLƏR 

“Ermənistanın bütün keçmiş xarici işlər nazirləri belə bəyanatlar verə bilər, lakin irəliləyiş lazım olsa idi, o zaman eks nazir Vardan Oskanyan öz vəzifəsində olarkən bunu edə bilərdi”.

Musavat.com xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan iyulun 25-də keçirdiyi mətbuat konfransında Vardan Oskanyanın açıqlamalarına bu sözlərlə reaksiya verib.

“44 günlük müharibənin nəticələrini araşdıran parlament komissiyasında Oskanyanın rəhbərliyi altında Ermənistanın yeritdiyi, xüsusən Madrid prinsipləri ilə bağlı siyasəti dəyərləndirdim və bununla bağlı qiymətləndirmələrim dəyişməyib”, - deyə baş nazir əlavə edib.

Paşinyan keçmiş nazirin bütün bəyanatlarını diqqətlə izlədiyini və faydalı heç nə görmədiyini söyləyib.

“Oskanyan bildirir ki, SSRİ dövründə Dağlıq Qarabağın muxtar vilayət statusu olduğunu vurğulamaq lazımdır. Halbuki onun bu bəyanatından əvvəl Avropa Şurasının prezidenti “DQMV” terminini söyləmişdi, bu, Vardan Oskanyanın bəyanatından əvvəl açıq şəkildə dilə gətirilmişdi”, - deyə Paşinyan qeyd edib.

Xatırladaq ki, keçmiş xarici işlər naziri Vardan Oskanyan danışıqlarda irəliləyişə nail olacağına söz verərək ona müzakirəçi statusunun verilməsini təklif edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR