İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyandan etiraf: "Ermənistanın xarici siyasətdə manevr imkanları daralır"

“Ukrayna hadisələri başlayanda Ermənistan balanslı mövqe tutmağa çalışdı və bu, bütün tərəfdaşların razılığına səbəb oldu, lakin hazırda Ermənistanın manevr imkanları daralır”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu fikri Ermənistanın baş naziri Nikol Paşinyan  Demokratiya Forumunda çıxışı zamanı deyib.

O, yeni gəlişməni ölkəsi üçün ciddi təhdid və problem hesab etdiyini bildirib.

“Bəs xarici təhlükələr nələrdir? 10 may 2021-ci ildə istefam qüvvəyə minmiş və parlament buraxılmışdı. Əslində, ölkədə hökumət və parlament yox idi. Mayın 12-də Azərbaycan yenidən hücuma keçdi və yeni ərazilər ələ keçirdi. Lakin KTMT sıfır reaksiya göstərdi.

İndi yüksək rütbəli hərbçilər cinayət işi üzrə həbs olunublar, çünki o vaxt Ermənistanın ərazisini (?) qorumaq üçün heç bir tədbir görmədilər. Əgər o zaman reaksiyamız başqa cür olsaydı, indi biz həm demokratiyanı, həm də dövləti itirərdik”, - deyə Ermənistanın baş naziri bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR