İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyana satqın deyən şəxs saxlanılıb, sakinlər polis idarəsinə toplaşır

Akob Berberyan “Nikol satqındır” deyə qışqırdığı üçün İrəvandakı Kentron polis idarəsinə gətirilib.

Musavat.com bildirir ki, bu barədə hüquq müdafiəçisi Ruben Melikyan öz feysbuk səhifəsində yazıb.

“Akob Berberyanın səhifəsində “Nikol satqındır” deyə qışqıran video yerləşdirilir, sonra kimsə (bəlkə də polis və ya mühafizəçi) ona “müraciət edir”, bundan sonra Akobla əlaqə kəsilir. Yəqin ki, onu saxlayıblar. Hazırda ondan xəbər yoxdur” - erməni mediası yazıb.

Son anda yerli media saxlanılan şəxsin Kentron şöbəsində olduğunu açıqlayıb.

“Ermənistan” fraksiyasının deputatları Kristin Vardanyan və Aspram Krpeyan Kentron polis idarəsinə gediblər. Bu anlarda vətəndaşlar polis idarəsinin qarşısına toplaşırlar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR