İnsanlara hürriyət, millətlərə istiqlal!

Nahidin axtarışları davam edir - VİDEO

Bir neçə gün öncə Füzulidə kanalda batan 16 yaşlı Nahid Nağızadənin axtarışları davam edir.

Musavat.com FHN-ə istinadən xəbər verir ki, Kərimbəyli kəndində 1 nəfər vətəndaşın suvarma kanalında batması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub və Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda dalğıc-xilasedicilər tərəfindən batdığı ehtimal olunan 2009-cu il təvəllüdlü Nağızadə Nihad Vüqar oğlunun axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyun 2025

29 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR