23-26 iyulda keçiriləcək “Dream Fest”də konserti planlaşdırılan rus sənətçilər siyahıdan çıxarılıb.
Siyahıda məşhur simalar yer alır.
Belə ki, səhnə alması planlaşdırılan Ani Lorak, Timati, Alsu, Yeqor Krid, Artık Asti, İrina Dubtsova, Klava Koka, Mona və İvka kimi ulduzlar festivaldan kənarlaşdırılıb.
Onlarla bağlı paylaşımlar “Dream Fest”in sosial media hesablarından silinib.
Həmçinin, qırmızı xalı aparıcılarından Regina Todorenko da siyahıdan çıxarılıb.
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin qərarına əsasən, Rusiya Federasiyasının Yekaterinburq vilayətində etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən nümayişkarcasına törədilmiş məqsədli və mühakiməsiz qətl və zorakılıq əməllərini və bütövlükdə son dövrlərdə bu kimi halların sistematik xarakter aldığını nəzərə alaraq, Rusiya ilə dövlət və özəl müəssisələrin xətti ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri, o cümlədən konsertlər, festivallar, tamaşalar, sərgilər və s. ləğv edilib. (Olay)
ŞƏRHLƏRŞƏRH YAZ