Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp daha əvvəl açıq şəkildə fikir ayrılığı yaşadığı İlon Mask haqqında müsbət fikirlər səsləndirib.
Musavat.com xəbər verir ki, o, Fox News-a verdiyi müsahibədə milyarder sahibkarı belə qiymətləndirib:
“Məncə, o, əla oğlandır. Onunla çox danışmamışam, amma düşünürəm ki, İlon çox yaxşı biridir və onun hər zaman uğurlu olacağına inanıram”.
Tramp eyni zamanda Maskın ağıllı olduğunu və prezidentlik kampaniyası zamanı ondan dəstək aldığını da qeyd edib:
“O, sadəcə istədiyini ala bilmədi”, – deyə Tramp bildirib.
Prezidentin bu sözləri bir vaxtlar aralarında gərginlik yaşandığı Maskla münasibətlərin yenidən normallaşması kimi dəyərləndirilir.
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ