İnsanlara hürriyət, millətlərə istiqlal!

“Paşinyana dəli və manyak deməyin, onun...” - Abramyan

“Paşinyanın məntiqi: Ermənistan nə qədər çox uduzsa, onun suverenliyi bir o qədər möhkəmlənəcək”.

Musavat.com xəbər verir ki, bu sözlər Ermənistan parlamentinin üzvü, revanşist deputat Tiqran Abramyana məxsusdur.

“İlk baxışdan cəmiyyətimizin bəzi təbəqələri üçün nə qədər qəribə səslənsə də, indiki hakimiyyətin məntiqinə görə, məğlubiyyətlər nə qədər çox olarsa, Ermənistanın “doğru yol” seçməsi ehtimalı da bir o qədər çox olar.

Nikol Paşinyan ABŞ-da Ermənistanın məğlubiyyətindən qürurla danışır. Əslində, Paşinyanın “dəmir” məntiqinə görə, nə qədər çox itirsək, müstəqilliyimiz və suverenliyimiz bir o qədər möhkəmlənəcək. Gülməyə tələsməyin və əlbəttə ki, ona dəli və ya manyak deməyin.

Paşinyan Ermənistanın gələcəyini təqdim edərkən təkcə yeni məğlubiyyətləri proqnozlaşdırmır, həm də əvvəlcədən öz böyük “səylərini” haqlı çıxarmağa çalışır”, - deyə Abramyan yazıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR