Onlayn ictimai-siyasi qəzet
Ermənistan parlamentinin sədri Alen Simonyan müxalifətə müraciət edib. Simonyan müxalifəti “xalqı dəli saymamağa” çağırıb.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə o, parlament iclasında danışıb.
Simonyan hakim “Vətəndaş sazişi” partiyasının müxalifəti tam şəkildə “sındırdığını” bildirib:
“Biz hamınızı yıxdıq, siz artıq yoxa çıxan bir növsünüz”.
Alen Simonyanın iddiasına görə, Ermənistanın ikinci prezidenti Robert Köçəryan, “Daşnaksütyun” və Respublika Partiyasının bəzi nümayəndələri Nikol Paşinyanın iqtidara gəlməsini dəstəkləyiblər. Simonyanın dediyinə əsasən, Sarkisyan onların adlarını yaxşı bilir.
“Bu, danılmaz faktdır”, - deyə o əlavə edib.
Musavat.com
24 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ