İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan yenə yürüşə çıxdı, ermənilər ələ saldı - VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkələrdə İcevan-Yenokavan-İcevan marşrutu üzrə velosiped yürüşündən video yayımlayıb.

Musavat.com bildirir ki, Paşinyanın yürüşə hələ sübh tezdən çıxdığı görünür.

“Artıq bir neçə gündür ki, Meğri-Baqrataşen veloturuna hazırlaşmağa çalışıram. Tam ay şəraitində dırmaşmaların öhdəsindən gəlmək dövrü başladı. Yenokavana qalxırıq. Oraya çatmağın asan olduğunu söyləmək yalan olar”, - Paşinyan qeyd edib.

Qeyd edək ki, Paşinyanın paylaşımına ironik reaksiya verən bəzi ermənilər onu torpaqları güzəştə getməkdə ittiham ediblər.

Günün sonrakı saatlarında N.Paşinyan həyat yoldaşı Anna ilə kilsə qarşısındakı çəkilişini paylaşıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR