Onlayn ictimai-siyasi qəzet
Sünik rayonunun Kornidzor hissəsində, Laçın dəhlizinin yaxınlığında daha 10 maşın Qarabağa humanitar yük daşıyan 22 yük maşınına qoşulub.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan avqustun 31-də hökumətin iclasında bildirib. O, Fransadan göndərilən “humanitar yardım” karvanını Paris merinin başçılıq etdiyi nümayəndə heyətinin müşayiət etdiyini, lakin bütün səylərə baxmayaraq, onların keçməsinə icazə verilmədiyini söyləyib.
Paşinyan həddini aşaraq bir daha Azərbaycanı “Dağlıq Qarabağ ermənilərini aclıq yolu ilə soyqırıma məruz qoymaq siyasəti” yürütməkdə suçlayıb. Ermənistan bütün bunların rus sülhməramlılarının iştirakı ilə baş verdiyini qeyd edib.
Paşinyan mövcud vəziyyətdən yeganə çıxış yolu kimi Bakı və Xankəndi arasında beynəlxalq mexanizm çərçivəsində dialoqun aparılmasını göstərib.
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ