İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya

Ermənistan Azərbaycanın moderator olduğu layihəyə qoşulmağa hazırdır; Natiq Cəfərli: “Paşinyan bu bəyanatla demək istəyir ki...”

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Qara dənizin dibi ilə elektrik kabeli çəkilməsi layihəsinə qoşulmağa hazır olduğunu bildirib. “Yeni Müsavat” xatırladır ki, bu barədə o, yanvarın 30-da Ermənistan-Gürcüstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasının yekunlarına dair gürcüstanlı həmkarı İrakli Kobaxidze ilə İərvanda keçirilən birgə mətbuat konfransında deyib. Paşinyan regional və regional olmayan layihələrdə inklüzivliyin təmin edilməsinin vacibliyini qeyd edib: “Bu kontekstdə Ermənistanın Qara dənizin dibi ilə elektrik kabeli çəkilməsi layihəsinə qoşulmaqda maraqlı və hazır olduğunu vurğulayırıq”.

Qeyd edək ki, 2022-ci ilin dekabrında Azərbaycan, Macarıstan, Gürcüstan və Rumıniya hökumətləri 1 QVt gücündə elektrik enerjisinin ötürülməsi üçün Qara dənizin dibi ilə 1,2 min kilometr uzunluğunda kabelin çəkilməsini nəzərdə tutan saziş imzalayıblar. Bu xətt Azərbaycanda istehsal olunan elektrik enerjisini Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya, sonradan Macarıstana və Avropanın qalan hissəsinə nəql etmək üçün nəzərdə tutulub. Bəs sülh müqaviləsi imzalanmadan, yaxud Zəngəzur dəhlizi açılmadan Bakı İrəvanın bu layihədə iştirakına razılıq verə bilərmi? Nəzərə alaq ki, Ermənistan son addımları ilə regional əməkdaşlıq perspektivlərinə xələl gətirir. Halbuki bölgədə “3+3” platforması çərçivəsində imkanlar mövcuddur. Ancaq Ermənistan regiona kənar gücləri cəlb etməklə vəziyyəti gərginləşdirir, kövrək sabitliyə tünd çalarlar qatmaqdadır. Bu mənada, Paşinyan həm “atı arabanın dalına" qoşub iqtisadi cəhətdən qabağa düşmək istəyir, həm də Cənubi Qafqazda sülhə zərər vuran siyasət yürüdür. Bəs, mütəxəssislər mnecə düşünürlər?

Natiq Cəfərli ReAL-ın sədri olacaq? - "Bu axşam..." - AÇIQLAMA

Natiq Cəfərli 

REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli “Yeni Müsavat”a bildirdi ki, Ermənistanın bu layihəyə qoşulmasının sülh müqaviləsinin imzalanmasından sonra baş verməsi daha yaxşı olardı. Onun sözlərinə görə, Azərbaycan bu layihədə əsas moderatordur: “Ona görə də Azərbaycann icazəsi olmadan Ermənistan qoşula bilməz. Ermənistan Zəngəzur dəhlizi və digər problemlərin həllinə şərait yaratmalıdır ki, layihədə iştirak etsin”. N.Cəfərli hesab edir ki, Paşinyan bu bəyanatla erməni cəmiyyətini sülhə hazırladığını göstərir: “Xalqa demək istəyir ki, belə layihələrə qoşula bilərik. Amma bunun üçün Azərbaycanla sülh lazımdır. Yəni ictimai rəyə təsir etmək niyyəti güdür. Sözsüz ki, yekun sülh sənədi imzalandıqdan sonra Azərbaycanla Ermənistan arasında diplomatik əlaqələrin də qurulması mümkündür, müxtəlif enerji, logistik layihələrdə iştirak da reallaşa bilər”.

Ramiyə Məmmədova: “Tehran öz davranışının yanlış olduğunu anladı” - Oxu.az

Ramiyə Məmmədova

Siyasi ekspert Ramiyə Məmmədovanın sözlərinə görə, Ermənistan Azərbaycandan neft-qaz almaq niyyətini də gizlətməyib: “Paşinyan komandası anlayır ki, Azərbaycanla barışıq, əlaqələr olmadan regionda blokada şəraitindən çıxmaq mümkün deyil. Eyni zamanda, Türkiyə ilə normallaşma prosesi başa çatmalıdır. Ona görə İrəvandan belə siqnallar ötürülür. Ermənistan enerji məhsulları olmayan ölkədir. Bu mənada, Azərbaycana böyük ehtiyacı var. O baxımdan Bakının əlində təzyiq rıçaqları olduğunu hər zaman bildirməliyik. Əgər İrəvan nəqliyyat kommunikasiyalarının açılması prosesini uzadacaqsa, biz də onu regional layihələrdən məhrum edəcəyik. Paşinyan bunu dərk edir ki, Azərbaycanın tələblərini yerinə yetirməmək Ermənistanın özünütəcrid prosesini uzatması deməkdir”.

Ekspert sözügedən layihənin önəmli olduğunu düşünür: “Azərbaycan prezidenti bu məsələni xüsusi vurğulayıb. Söhbət yaşıl enerjidən gedir. Ermənistan isə işğalçılığı ucbatından özünü iqtisadi dividendlərdən uzaqlaşdırıb. İndiki hakimiyyət isə əməkdaşlıqda maraqlı görünür. Sadəcə, irəli sürülən tələblərin həyata keçməsi gecikir. Biz sülh sənədi imzalamadan, Ermənistan ərazi iddialarına qanunvericilik aktlarında son qoymadan onu bu layihəyə qoşa bilmərik. Ümumiyyətlə, Ermənistan Konstitusiyaya düzəliş etməsə, onunla hər hansı platformada olmaq lazım deyil. Çünki bu zaman İrəvan sülh prosesini yubatmağa davam edəcək. Bundan əvvəl də spiker Simonyan Azərbaycan qazının alınmasından danışmışdı. Onlar başa düşürlər ki, Rusiya və İranın neft-qaz məhsullarından asılılığı azaltmağın yollarından biri də budur. Amma Azərbaycan bu məsələdə də şərtlərinin yerinə yetirilməsini gözləməkdədir”.

Yada salaq ki, Prezident İlham Əliyev noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında bu mövzuda danışmışdı: “Biz həmçinin ixrac bazarlarına diqqət yetiririk və öz tərəfdaşlarımızla birgə çalışırıq ki, digər mühüm enerji təhlükəsizliyi layihələrini həyata keçirək. Bunlardan birinin Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsi olduğunu söyləyən dövlətimizin başçısı qeyd edib: ”Bunun sayəsində biz yaşıl enerjini Avropaya nəql edəcəyik. Bu kabelin texniki potensialı və yeri gəlmişkən, texniki əsaslandırma işləri bu yaxınlarda bitəcəkdir. Onun imkanları iki giqavat olacaqdır. Bu, yalnız başlanğıcdır".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR