Onlayn ictimai-siyasi qəzet
Paşinyan iqtidarı iki mühüm vəzifəyə namizəd axtarır, lakin heç kimi tapa bilmir.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Joxovurd” qəzeti məlumat yayıb.
“Bildiyiniz kimi, baş nazir Nikol Paşinyanın təklifi ilə Ermənistan prezidenti Vahan Xaçaturyan Armen Avtandilyanın Ermənistan Müdafiə Nazirliyinin Hərbi xidmətə çağırış və səfərbərlik qərargahının rəisi vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb. Beş gündür hökumətdə bir adam tapıb Hərbi xidmətə çağırış və səfərbərlik qərargahına vəzifəyə təyin edə bilmirlər. Paşinyan iqtidarı bu sistemdə hökm sürən biabırçı vəziyyəti düzəldə biləcək namizədi tapmaqda aciz qalıb.
Ədliyyə nazirliyinin Penitensiar xidmət rəisinin axtarışında da eyni vəziyyət yaranıb. Məsələ burasındadır ki, avqustun 5-də Sergey Atomyan Penitensiar Xidmətin rəisi vəzifəsindən azad edilib və hakimiyyət hələ də həbsxanalarda hökm sürən acınacaqlı vəziyyəti həll etməyi bacarmır.
Belə çıxır ki, Nikol Paşinyanın hakimiyyətində bu mühüm vəzifələrə təyin oluna biləcək adamları yoxdur və ya onun rəhbərlik etdiyi dövlət orqanlarında heç kim işləmək istəmir”, - deyə qəzet yazır.
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ