Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin spikeri Alen Simonyanla birlikdə Milli Assambleyanın parkını gəzir. Ərazidə gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb, binanı polis kordonları qoruyur. Paşinyan və Simonyan isə etirazçıları uzaqdan izləyirlər.
Musavat.com xəbər verir ki, bu barədə “News.am” məlumat yayıb.
Qeyd olunub ki, Paşinyan parlamentə 2023-cü il büdcəsinin icrası ilə bağlı hesabatın təqdimatında iştirak etmək üçün gəlib.
Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ