İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan təslim oldu: Ermənistan Azərbaycanın bu tələbini YERİNƏ YETİRƏCƏK - SENSASİON GƏLİŞMƏ

Ermənistanın baş naziri Nikol Paşinyan ilk dəfə Dağlıq Qarabağa dair ərazi iddialarını özündə əks etdirən müddəaları ölkə Konstitusiyasından çıxarmağa hazır olduğunu rəsmən təsdiqləyib.

Musavat.com xəbər verir ki, Paşinyan qeyd edib ki, Konstitusiyanın yeni redaksiyasında Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad edilməməlidir. Çünki həmin bəyannamə qəbul edildiyi 1990-cı illərdən bəri Azərbaycanın ərazilərinə iddiaların hüquqi və ideoloji əsasını təşkil edir.

Paşinyan yeni Konstitusiyanın hazırlanmasına başlanılması və layihənin ümumxalq referendumuna çıxarılması barədə göstəriş verib. İndiyədək Ermənistan hakimiyyəti bəyannaməyə istinadın gələcək taleyi ilə bağlı konkret açıqlamalardan çəkinirdi. Lakin baş nazir artıq bildirib ki, həmin sənədə istinad yeni Konstitusiyadan çıxarılacaq.

Bununla belə, Paşinyanın sözlərinə görə, son qərarı Ermənistan xalqı verməlidir. İlkin məlumatlara əsasən, referendumun 2026-cı ilin may ayından tez olmayaraq-parlament seçkiləri ilə eyni vaxtda keçirilməsi planlaşdırılır.

Beləliklə, İrəvan tərəfindən siyasi iradənin bəyan edilməsinə baxmayaraq, konstitusiya islahatlarının praktiki həyata keçirilməsi və bununla da Azərbaycanla sülh sazişinin imzalanması ən azı bir il təxirə salınır. Bu vəziyyət Prezident İlham Əliyevin mövqeyi ilə də təsdiqlənir – o, açıq şəkildə bildirib ki, Bakı təkcə vədlərlə kifayətlənmir, hüquqi cəhətdən təsbit olunmuş qərarlar tələb edir.

 

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR