İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan TƏCİLİ güc nazirlərini topladı - qapalı görüşdə hansı qərarlar oldu? CANLI

Ermənistanın baş naziri Nikol Paşinyan güc strukturlarının rəhbərlərinin iştirakı ilə toplantı keçirir. Musavat.com bildirir ki, hökumət başçısı daxili işlər naziri Vahe Qazaryanı, Daxili İşlər Nazirliyinin baş katibi Ara Fidanyanı və hüquq-mühafizə orqanlarının digər yüksək rütbəli əməkdaşlarını iclasa dəvət edib. Eyni zamanda iclasda digər nazirlər və onların müavinləri də iştirak edir.

Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryanın mediaya deyib ki, hazırda işçi müzakirə aparılır. Görüş iştirakçılarının konkret nəyi müzakirə etdiyi hələlik məlum deyil.

“Sülh müqaviləsinin mətni danışıqlar masasındadır”. Bunu Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan deyib. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan liderləri arasında Brüsseldə keçirilməsi nəzərdə tutulan görüşündən hər iki ölkənin xarici işlər nazirləri bir araya gələcəklər: “Nazirlərin görüşünün mayın 19-da baş tutacağı planlaşdırılır”. M.Səfəryan görüşün harada keçiriləcəyini açıqlamayıb.
TVMusavat-ın saat 16:00-da “Həftə içi” verilişində politoloq Vaqif Hüseynlə söhbətləşirik.

Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat



Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/channel/UCtvU8QAYnxFG

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR