İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan sülh müqaviləsindən danışdı - Razılaşdırılmayan məsələlər bunlardır

Ermənistan baş naziri Nikol Paşinyan 31 yanvar tarixində keçirdiyi mətbuat konfransında Azərbaycanla sərhədin delimitasiyası və sülh müqaviləsi ilə bağlı gedən danışıqların vəziyyətinə toxunub.

Musavat.com xəbər verir ki, bu barədə erməni mediasında məlumat yayılıb.

"Komissiyaların delimitasiya üzrə görüş tarixi razılaşdırıldıqda, bu barədə məlumat veriləcək. Hələlik konkret bir razılıq yoxdur", – deyə erməni baş nazir bildirib.

Paşinyanın sözlərinə görə, 2024-cü ildə delimitasiya prosesi daha konkret xarakter alıb və artıq Azərbaycan və Ermənistan arasında ilk dövlətlərarası sənəd razılaşdırılıb.

"Hər iki ölkə bu sənədi təsdiqləyib, bu da əsaslı əhəmiyyət kəsb edir. Artıq razılıq var ki, yaxın dövrdə komissiyalar Gürcüstandan İran sərhədinə qədər olan Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası ilə bağlı işlərə fokuslanacaq",-deyə o qeyd edib.

Sülh müqaviləsinə gəlincə, Paşinyan sənədin 17 maddəsindən 15-inin razılaşdırıldığını, lakin iki maddənin hələ də açıq qaldığını söyləyib.

Onun sözlərinə görə, həmin iki maddədən biri “üçüncü ölkə qüvvələrinin sərhəd boyunca yerləşdirilməsi” ilə bağlıdır.

Ermənistan bu şərtin yalnız delimitasiya olunmuş ərazilərə tətbiq edilməsini təklif edir.

İkinci müddəa isə  beynəlxalq məhkəmə instansiyalarında iddiaların geri çağırılması ilə əlaqədardır.

Paşinyanın bildirdiyinə əsasən, Ermənistanın bu maddəyə şərti var:

Əgər iddialar geri çağırılırsa, bu, yalnız birtərəfli olmamalıdır. Azərbaycan öz iddialarını geri çəkməklə yanaşı, gələcəkdə bu məsələləri ikitərəfli münasibətlər çərçivəsində yenidən gündəmə gətirməməlidir.

Paşinyan bildirdiyinə görə, Ermənistan bu məsələdə mövcud riskləri nəzərə alaraq, beynəlxalq platformalardan istifadə imkanlarını qoruyub saxlamaq istəyir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR