İnsanlara hürriyət, millətlərə istiqlal!

"Paşinyan sevinir, Rusiya onun davranışından razı qalıb" - “Hraparak”

Paşinyanın sevinci yerə-göyə sığmır, Rusiya Paşinyanın davranışından razı qalıb.

Konkret.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb. Qəzetin məlumatına görə, “Vətəndaş müqaviləsi”nin üzvləri müşahidə ediblər ki, Soçi səfərindən sonra Paşinyanın əhval-ruhiyyəsi kifayət qədər yüksəlib. O, fraksiya ilə son görüşdə də bu sevincini gizlətməyib.

“Tərəflərin razılığa gəlməməsinə baxmayaraq, Paşinyan dedi ki, bu vacib deyil, status-kvonun saxlanması vacibdir.

Rusiya Federasiyasında Paşinyanın davranışından razı qalıblar. Onun öz ssenarisi üzrə hərəkət etdiyinə inanırlar. Onun hökumətin bugünkü iclasında və ya yaxın günlərdə “sərt bəyanatlar” verəcəyi istisna edilmir”, – nəşr yazıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR