Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan bir daha məzuniyyətə yollanıb. Bu dəfə o, məzuniyyətə Rusiyaya səfərindən dərhal sonra çıxıb.
Musavat.com xəbər verir ki, iyulun 18-dən 23-dək artıq bir dəfə istirahətdə olan Paşinyan, indi yenidən – 28 iyuldan 15 avqustadək məzuniyyət götürüb. Bu hal Ermənistan ictimaiyyətində və siyasi dairələrdə suallar doğurub.
Paşinyanın bu dəfəki istirahəti Rusiya səfərindən sonra baş verməsi də diqqətdən qaçmayıb. Qeyd edək ki, o, bu yaxınlarda Rusiya prezidenti Vladimir Putinlə görüşmüşdü. Görüşdən sonra isə Ermənistan-Rusiya münasibətlərindəki gərgin fon daha da qabardılmışdı.
Analitiklər Paşinyanın tez-tez məzuniyyətə çıxmasını qeyri-adi siyasi siqnal kimi dəyərləndirirlər. Onun bu müddətdə harada olacağı və hansı məqsədlərlə istirahət etdiyi açıqlanmayıb.
Musavat.com
28 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ