İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Rusiya yönümlü daha bir fiqura qarşı HƏRƏKƏTƏ KEÇDİ – Abramyanın əmlakı müsadirə edildi

Ermənistanın Antikorrupsiya Məhkəməsi Rusiyada Erməni İttifaqının rəhbəri Ara Abramyanın şirkətinə məxsus Yerevanın Şimal prospektində yerləşən 2800 kv.m-lik torpaq sahəsinin müsadirəsinə qərar verib.

Musavat.com xəbər verir ki, məhkəmə "Soglasie Armenia" şirkətinin mülkiyyət hüququnu ləğv edib, ərazinin dövlət qeydiyyatını etibarsız sayıb və torpağın Yerevan icmasına qaytarılmasına qərar verib.

Həmin sahənin vaxtilə “Uşaq dünyası” mağazasına aid olduğu və qanunsuz şəkildə özəlləşdirildiyi bildirilir. Şirkət isə bu qərarın hüquqlarına zidd olduğunu bəyan edir.

Xatırladaq ki, Ara Abramyan daha əvvəl baş nazir Nikol Paşinyanı açıq şəkildə tənqid etmiş və təhqirə yol vermişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Sentyabr 2025

14 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR