İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Rəisi ilə nədən danışıb?

Ermənistanın baş naziri Nikol Paşinyan İran prezidenti İbrahim Rəisi ilə regiondakı vəziyyəti müzakirə edib.

Musavat.com bildirir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin rəhbərinin mətbuat xidməti məlumat yayıb.

Telefon danışığı zamanı həmsöhbətlər regional hadisələrlə bağlı mövzuları, o cümlədən Ermənistan və İran arasında münasibətlərin gələcək inkişafı və cari gündəmdəki məsələləri müzakirə ediblər.

Bildirilir ki, tərəflər qarşılıqlı səfərlərin və yüksək səviyyəli təmasların vacibliyini vurğulayıblar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR