Onlayn ictimai-siyasi qəzet
Bu gün – iyunun 6-da Azərbaycanda Qurban bayramı qeyd olunur.
Musavat.com xəbər verir ki, müsəlman dünyasının ən önəmli dini bayramlarından biri sayılan Qurban bayramı hər il hicri təqvimi ilə Zilhiccə ayının 10-da başlayır. Bu il həmin tarix miladi təqvimlə iyunun 6-na təsadüf edir.
Bayram münasibətilə ölkənin bütün məscidlərində bayram namazı qılınır. Paytaxt Bakıda namaz Əjdərbəy məscidində saat 08:00-da, Təzəpir məscidində isə 09:00-da qılınacaq.
Qurban kəsimləri iyunun 6 və 7-də Qida Təhlükəsizliyi Agentliyinin müəyyən etdiyi xüsusi məkanlarda həyata keçiriləcək. Proses Qafqaz Müsəlmanları İdarəsinin din xadimlərinin nəzarəti ilə, şəriət qaydalarına uyğun şəkildə təşkil olunur.
Qurban bayramı Azərbaycanda dövlət səviyyəsində qeyd olunur. Bu, 1992-ci ildə qəbul edilmiş "Azərbaycan Respublikasının bayramları haqqında" qanunla rəsmiləşdirilib. Nazirlər Kabinetinin qərarına əsasən, bu il bayram günləri iyunun 6-sı və 7-si müəyyən olunub.
Musavat.com
06 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ