Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan öz hakimiyyətinin legitimliyini vurğulayan yeni bir bəyanat verib. O, 2018-ci ildə Ermənistanda baş verən “məxməri inqilab”ın nəticəsində xalqın hakimiyyətə gəldiyini bildirib.
“Məni hakimiyyətə heç kim gətirməyib. 2018-ci ildə baş verən demokratik, zorakılıqsız və məxməri inqilabın nəticəsində hakimiyyətə xalq gəldi. Mən sadəcə xalq hakimiyyətinin nümayəndəsiyəm və xalq nə vaxt istəsə, məni başqa biri ilə əvəz edəcək.” – deyə Paşinyan vurğulayıb.
Bu açıqlama son dövrlərdə Ermənistanda artan siyasi gərginlik fonunda diqqət çəkir. Müxalifət qüvvələri Paşinyanın istefasını tələb edir, lakin baş nazir öz legitimliyini xalqın iradəsi ilə əlaqələndirərək, hakimiyyətdən yalnız seçicilərin qərarı ilə gedəcəyini bildirir.
Nikol Paşinyan keçmiş hakimiyyət nümayəndələrinə də sərt mesaj ünvanlayıb. O, siyasi opponentlərinin öz aralarında onun hakimiyyətə necə gəldiyini müzakirə etdiyini bildirərək, onları xalqın iradəsini saxtalaşdırmaqda ittiham edib.
“İki yarı köhnəlmiş sima və onların ətrafı, hakimiyyətə məni kimin gətirdiyi barədə mübahisə edir, bir-birindən həqiqəti deməyi tələb edirlər. Siz – heç vaxt Ermənistanda xalqın səsini qazanmayan, seçkiləri saxtalaşdıran uzurpatorsunuz. Bəs sizi hakimiyyətə kim gətirib, bunu danışın” – deyə Paşinyan bildirib.
Musavat.com bildirir ki, Paşinyanın bu mesajını müşayiət rdən video @bagramyan26 kanalı tərəfindən yayımlanıb və həmin kanalın administrasiyası tərəfindən əlavə edilib. Videonun Paşinyanın rəsmi paylaşımında yer almaması da diqqət çəkib.
@@TVmusavat/110229@@
Musavat.com
10 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ