Onlayn ictimai-siyasi qəzet
Paşinyan iqtidarı qondarma “dqr”in “siyasi liderlərini” və “institutlarını” məhv etmək üçün hər şeyi edir.
Musavat.com xəbər verir ki, bu barədə revanşist mövqeyi ilə seçilən “Hraparak” qəzeti yazıb.
Qəzetin xəbərinə görə, ötən il bu vəzifə Samvel Babayana həvalə edilibmiş. Buna görə, Babayan Qarabağdan gələn ermənilərin problemi ilə məşğul olan hansısa ictimai təşkilat yaradacaqdı. Lakin bu layihə uğursuzluğa düçar oldu və indi iqtidar yeni plan üzərində çalışır.
Artıq bir neçə aydır ki, “Dağlıq Qarabağ Qaçqınlarının Hüquqlarını Müdafiə İttifaqı” adlı bir təşkilat yaradılıb. Onun sədri Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın qohumu Andranik Qriqoryandır. Bu adam vaxtilə oyuncaq qurumun “Milli Təhlükəsizlik Xidməti” adlı qondarma bir qurumda çalışıb.
“Hraparak”a görə, Paşinyan yeni təşkilat vasitəsilə Qarabağ ermənilərini öz sıralarına cəlb etməyə və onları müxalif əhval-ruhiyyəli siyasi fiqurlardan ayırmağa çalışır.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ