Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, Rusiya Federasiyasının prezidenti Ermənistan baş nazirinə ötən həftə Azərbaycana səfəri ilə bağlı təəssüratları barədə məlumat verib və buna görə Paşinyan prezident Putinə minnətdarlığını bildirib.
Tərəflər Ermənistan və Rusiya arasında gündəlikdəki məsələləri müzakirə etmək üçün yaxın vaxtlarda görüşmək barədə razılığa gəliblər.
Musavat.com
28 Noyabr 2024
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ