Onlayn ictimai-siyasi qəzet
“Fövqəladə vəziyyətdə insanın zəng edə biləcəyi bir telefon nömrəsi olmalıdır”.
Musavat.com xəbər verir ki, bu “yeni” fikri Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında səsləndirib.
Paşinyan daha sonra Ermənistanda polisin güc tətbiqi məsələsinə toxunub.
“Bunlar təbii, qanuni şəkildə güc tətbiq etməyi bacarmalı olan strukturlardır. Əgər polisin, məsələn, de-yure və ya de-fakto güc tətbiq etmək hüququ yoxdursa, onların mövcudluğu mənasız olacaq”, - Ermənistan baş naziri yerli polisin zorakılıq tətbiq edə biləcəyini deyib.
Bununla birlikdə, Paşinyan Ermənistanda polisin güc tətbiqi ilə bağlı heç bir standartı olmadığını etiraf edib.
Musavat.com
15 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ