İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan onları HƏDƏLƏDİ: "Əgər belə etsəniz..."

Ermnistanda gələn il növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı siyasi dairələrdə fəal söhbət gedir. Üstəlik, bu mövzu hakimiyyət tərəfindən gündəmə gətirilib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Hraparak” qəzeti məlumat yayıb.

Nikol Paşinyan hakim partiyanın İdarə heyətinin son iclaslarından birində partiyadaşlarını növbəti dəfə hədələyib: "Əgər belə etsəniz, mən yeni seçkilər keçirəcəyəm, yenidən seçiləcəyəm, ölkənin indiki görkəmini tamamilə dəyişdirəcəyəm. Parlamentə isə yeni bir müxalifət gələcək”, - deyə məlumatda bildirilir.

Siyasi çevrələrdə, Paşinyanın risk alaraq yenidən seçilmək üçün inzibati resurslardan geniş şəkildə yararlanmaqla erkən seçimə gedəcəyi danışılır.

“Paşinyan bununla siyasi meydanı hakimiyyəti altına almaq və yeni müxalifət qüvvəsinin yetişməsinə imkan verməməyi planlayır”, - deyə “Hraparak” qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR