Onlayn ictimai-siyasi qəzet
Aprelin 11-12-də Qərbi Zəngəzurda olan baş nazir Nikol Paşinyan Zəngəzur dəhlizində velosiped sürüb.
Musavat.com bildirir ki, bu barədə sosial şəbəkədə paylaşımlar edilib.
N.Paşinyan özü də “Meğri-Lehvaz-Meğri.17 km” qeydi ilə velosipedli səyahəti haqda paylaşım edib.
Erməni mediası yazır ki, dünəndən Nikol Paşinyanı Sünikdə (Zəngəzur-M.) müdafiə naziri Suren Papikyan da müşayiət edir. “Son atışmaların fonunda Paşinyanı sərhəd bölgəsinə müdafiə nazirinin müşayiət etməsi diqqət çəkir. Üstəlik, dünən o, Sünikdə onun səlahiyyətinə aid olmayan ekoloji patrul xidmətinin tətbiqinə həsr olunmuş tədbirdə iştirak edib. Bu gün Papikyan Nrnadzorda Paşinyanı müşayiət edib”, erməni mətbuatında bildirilir.
Paşinyanın müdafiə naziri ilə Zəngəzura gəlişi şərti sərhədlərdə Azərbaycana qarşı təxribatlara hazırlıq məqsədi də daşıya bilər.
Musavat.com
13 Aprel 2025
12 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ