İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Mirzoyanı pərt etdi: Mal-qara işinə baş qoşma...

"Dövlət mal-qaranın yarı qiymətinə subsidiya verməyə başlasa, istədiyi mal-qara növünü alıb kəndlilərə yarı qiymətinə versə, daha düzgün olmazdımı?"

Musavat.com publika.az-a istinadən xəbər verir ki, bunu avqustun 22-də hökumətin iclasında heyvandarlığın inkişafı proqramının müzakirəsi zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

Ermənistanın baş naziri Nikol Paşinyan isə cavabında onu pərt edib: "Bəs dövlət bu mal-qaranı harada saxlayacaq? Onun yarısı öləcək. Bu o deməkdir ki, dövlət ən azı bir həftə maldarlıqla məşğul olmalıdır. Və bunu kim edəcək? Xarici İşlər Nazirliyi öz işi ilə məşğul olsa, daha yaxşıdır".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR