Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan Moldovanın erməni icmasının üzvləri ilə görüşündə Azərbaycan prezidenti ilə bugünkü görüşün bəzi detalları barədə danışıb.
Bu barədə Musavat.com erməni mediasına əsasən xəbər verir. O qeyd edib ki, bugünkü görüşün çox ilkin təfərrüatı var, bu vacibdir, lakin hələ də Azərbaycanın reaksiyasını yoxlamaq lazımdır.
"Başqa bir addım ondan ibarət idi ki, tərəflər 1975-ci il xəritələrinin Ermənistanla Azərbaycan arasında gələcək demarkasiya işlərinin əsası kimi qəbul edilməsinə etiraz etmədiklərini vurğuladılar. Bu, 29 800 kvadratkilometr və 86 600 kvadratkilometr ərazi bütövlüyünün təsdiqi istiqamətində növbəti addım deməkdir", - Paşinyan bildirib.
Regional kommunikasiyalarla bağlı Baş nazir bəyan edib və təsdiq edib ki, tərəflər kommunikasiyaları açmağa və 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndini həyata keçirməyə hazırdırlar.
Musavat.com
08 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ