İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan keçmiş prezidentləri "yarımcan" adlandırdı

Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin keçmiş rəhbərləri Serj Sarqsyan və Robert Koçaryanı sərt ifadələrlə tənqid edib.

Musavat.com xəbər verir ki, Paşinyan sosial şəbəkə hesabında paylaşım edərək, keçmiş prezidentlərin onun hakimiyyətə gəlişi ilə bağlı apardıqları mübahisəyə münasibət bildirib.

"İki yarımcan rəhbər və onların ətrafı mənim hakimiyyətə necə gəldiyim barədə bir-birini ittiham edərək mübahisə aparır. Amma bəs illər boyu seçkiləri saxtalaşdıran və hakimiyyəti ələ keçirənləri kim dəstəkləyib?" – deyə baş nazir qeyd edib. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Mart 2025

10 Mart 2025

BÜTÜN XƏBƏRLƏR