Onlayn ictimai-siyasi qəzet
“Paşinyan iqtidarı bizə (yerli müxalifətə - red.), ideologiyaya və tənqidi düşünmə qabiliyyətinə malik azlığa qarşı biganəliklərini açıq şəkildə göstərir. Onlar özlərini bizim qarşımızda cavabdeh hesab etmirlər: onların əsl məqsədi çoxluğa “yaxınlaşmaq”dır. Potensial elektorat olan çoxluq isə milli kimlikdən məhrumdur və əslində biokütləyə çevrilməkdən çəkinmir”.
Musavat.com xəbər verir ki, bu sözlər Ermənistanın Milli Gəlirlər Komitəsinin keçmiş sədri, revanşist mövqeyi ilə tanınan David Ananyanın statusunda yer alıb.
Ananyan bu sözlərlə erməni cəmiyyətini tənqid edib.
“Bu arada biz tənqidi düşünən azlıq real mənzərəni görürük: iqtisadiyyat və ölkə əslində hansının daha tez çökəcəyini görmək üçün yarışır. Paşinyan iqtidarı əksəriyyət üçün diqqəti yayındıran və zehinlərini mahiyyətcə əhəmiyyətsiz məsələlərlə dolduran süni daxili gündəmlər yaradır. Bu bacarıqlı manipulyasiya onların həyat tərzini və hakimiyyətini qoruyub saxlamağa yönəlib.
Halbuki problem onlarda və çoxluqda deyil, problem bizdə (erməni müxalifətində - red.), azlıqdadır. Azlıq bölünür, gücsüzdür, öz boş mübahisələrində, ziddiyyətlərində boğulur. Biz bir-birimizə dözə bilmirik və birləşmək əvəzinə həm hakimiyyətdəkiləri, həm də tez-tez “xalq” adlandırdığımız biganə çoxluğu tənqid etməyə vaxt və enerji sərf edirik”, - deyə Ananyan qeyd edib.
Musavat.com
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ