İnsanlara hürriyət, millətlərə istiqlal!

“Paşinyan getməlidir” - Oskanyan

Bəhanələrin vaxtı keçdi, Paşinyan getməlidir.

Musavat.com erməni mediasına istinadən bildirir ki, bunu Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan bildirib.

Oskanyanın iddiasına görə, Paşinyanın hakimiyyətdə davam etməsi təkcə siyasi problem deyil, həm də milli fövqəladə haldır.

Erməni diplomat deyib ki, Paşinyana şəxsi maraqlarına əsaslanaraq hələ də haqq qazandırmaqda davam edən insanlar daha az təhlükəli deyil.

“Onun siyasəti müttəfiqləri uzaqlaşdırdı və Azərbaycanı 44 günlük müharibəyə ruhlandırdı. Amma o, bundan dərs götürmədi - o, yalnız öz səhvlərini ikiqat artırdı: hakimiyyətdən yapışaraq, uğursuzluqlarda keçmiş hakimiyyəti, xarici müttəfiqləri və hətta erməni xalqını günahlandırır”, Vardanyan bildirib.

Sabiq XİN başçısı qeyd edib ki, Paşinyanın dövründə Ermənistan vassal dövlətə çevrilib, o, daim yeni ərazi, tarixi, konstitusiya və diplomatik güzəştlərə getməyə məcbur olub. Ən utancvericisi isə erməni soyqırımının inkarı ilə bağlı heyrətamiz şərhlərdir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR