Onlayn ictimai-siyasi qəzet
Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan 44 günlük müharibənin səbəblərini araşdıran parlament komissiyasının hesabatı ətrafında yaranmış vəziyyəti şərh edib. Onun sözlərinə görə, hesabatın dərc edilməsi 2026-cı il parlament seçkilərindən sonrakı dövrə qədər təxirə salına bilər.
Musavat.com xəbər verir ki, bu barədə Ohanyan “Sputnik Ermənistan”a müsahibəsində danışıb.
Sabiq nazir qeyd edib ki, hakim “Vətəndaş müqaviləsi” fraksiyasında hesabatın açıqlanma vaxtı ilə bağlı fikir ayrılıqları mövcuddur.
“Gecikmənin əsas səbəbi hökumətin bəzi məsələləri gündəmə gətirmək istəməməsidir. Xüsusilə də aşağıdakı suallar: necə oldu ki, Azərbaycan Şuşaya, Hadruta qədər irəlilədi və əraziyə daxil oldu?”, - deyə Ohanyan bildirib.
O hesab edir ki, bu mövzuların gündəmə gətirilməsi hökumət üçün siyasi risk yaradır. Buna görə də hesabatın dərcini təxirə salaraq məsuliyyəti ordunun və keçmiş hərbi rəhbərliyin üzərinə yönəltmək istəyirlər.
Musavat.com
04 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ