İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan: Ermənistan Avrasiya İttifaqında özünü pis hiss etmir


Ermənistan baş naziri Nikol Paşinyan 31 yanvar tarixində keçirdiyi mətbuat konfransında ölkəsinin Avrasiya İqtisadi İttifaqındakı (Aİİ) mövqeyinə və gələcək strateji seçimlərinə dair fikirlərini bölüşüb.


Musavat.com  xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

"Düzünü desəm, Aİİ-də özümüzü pis hiss etmirik. Rəqəmlər bunu sübut edir," – deyə Paşinyan bildirib.
Bununla yanaşı, Paşinyan Ermənistanın İranla əlaqələrini dərinləşdirməkdə maraqlı olduğunu vurğulayıb:

"Biz İran İslam Respublikası ilə münasibətlərin inkişafında maraqlıyıq. Lakin digər tərəfdən, ictimaiyyətin müəyyən bir hissəsinin Ermənistanın gələcəyi üçün alternativlər formalaşdırmaq istəyini də görməzlikdən gələ bilmərik".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR