İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Blinkenlə telefonla danışıb

Ermənistanın baş naziri Nikol Paşinyanla ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

Musavat.com bu barədə Ermənistan hökumətinin mətbuat xidmətinə istinadən məlumat verir. Nikol Paşinyan sentyabrın 13-14-də baş verən təxribatlara görə absurd şəkildə Azərbaycan silahlı qüvvələrini ittiham edib. O, gərginliyin azaldılmasına görə Amerika tərəfinin səylərini yüksək qiymətləndirib və bu istiqamətdə ardıcıl addımların atılmasının vacibliyini vurğulayıb.

Həmsöhbətlər oktyabrın 6-da Praqada Ermənistanın baş naziri, Fransa prezidenti, Avropa İttifaqı Şurasının prezidenti və Azərbaycan prezidentinin dördtərəfli görüşünün yekunlarına toxunublar. BMT Nizamnaməsi və 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hazırlanmasının, habelə sərhədin delimitasiyası və Aİ-nin Ermənistanla bağlı mülki missiyasının Azərbaycanla sərhəddə fəaliyyətinin təmin edilməsi istiqamətində işlərin aparılmasının vacibliyi vurğulanıb.

Bildirilir ki, tərəflər həmçinin təhlükəsizlik, Qarabağ ermənilərinin hüquqlarının müdafiəsi, Xankəndi ilə Bakı arasında (?) danışıqlar üçün beynəlxalq mexanizmin yaradılması, Azərbaycanda saxlanılan erməni hərbi əsirlərin qaytarılması məsələlərinə də toxunublar.
Ermənistanın baş naziri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşlə bağlı təəssüratlarını da bölüşüb.

Entoni Blinken ABŞ-ın danışıqlar prosesinə, eləcə də Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olması üçün töhfə verməyə hazır olduğunu bildirib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR