İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Aslanyanı partiyadan qovdu


“Mülki Müqavilə” partiyasının İdarə Heyətinin qərarı ilə Akop Aslanyan partiyadan xaric edilib.

Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir.

Bildirilir ki, dekabrın 17-də Ermənistanın baş naziri Nikol Paşinyanın sədrliyi ilə “Mülki müqavilə” partiyasının idarə heyətinin iclası keçirilib.

Çarentsavan ərazi təşkilatının şurasının sədri vəzifəsinə Artur Qalstyanın, Aparan ərazi təşkilatı şurasının sədri vəzifəsinə isə Edqar Pırvanyanın namizədliyi təsdiq edilib. Həmçinin vətəndaşların partiya üzvlüyünə qəbulu ilə bağlı müraciətləri təmin edilib.

İclasda intizam məsələləri də müzakirə olunub.

Qeyd edək ki, ötən həftə Ermənistan parlamentinin deputatı Akop Aslanyan hakim “Mülki müqavilə” fraksiyasından xaric edilmişdi.Dekabrın 11-də A.Aslanyan keçmiş fraksiya həmkarı Ovik Ağazaryanın məhkəməsi ilə əlaqədar “Mülki müqavilə” fraksiyasında iştirakını bir ay müddətinə dayandırdığını bəyan edib. Aslanyan fraksiya və partiyanın nizamnaməsini pozduğuna görə cəzalandırılıb. O iclaslardan məlumatların “sızmasını” təşkil etməkdə günahlandırılıb.

Xatırladaq ki, dekabrın 4-də “Mülki müqavilə” Partiyası deputat Ovik Ağazaryanı da sıralarından xaric edib. Bu barədə partiyanın sosial şəbəkədəki səhifəsində məlumat verilib. “İdarə Heyətinin qərarı ilə Ovik Ağazaryan dövlət və partiya əhəmiyyətli məxfi məlumatları sızdırdığına, habelə etik normaları kobud şəkildə pozduğuna görə “Mülki müqavilə” Partiyasından xaric olunub”, - məlumatda bildirilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR