İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan aradan götürülsə... - 1999-un oktyabrı təkrarlana bilərmi...

Praqa anlaşmasından sonra radikal-revanşist qüvvələr Nikolu ikinci kapitulyasiya aktını imzalamağa hazırlıqda ittiham edirlər, onu öldürməsələr, Azərbaycanla sülh müqaviləsi imzalayacaq; analitik: “Hansısa fanatiklərin əməli istisna deyil, ancaq...”


Praqa anlaşmasından sonra Ermənistanda gözlənildiyi kimi, radikal-revanşist qüvvələrdən və mediadan baş nazir Nikol Paşinyanın üzərinə növbəti hücum dalğası başlayıb: guya Nikol təslimçi mövqe tutub, erməni maraqlarını satıb, yeni ərazilər “verməyə”, ümumiyyətlə, Azərbaycanla ikinci kapitulyasiya aktını imzalamağa hazırlaşır.


“Yeni Müsavat” bildirir ki, erməni radikal müxalifəti gözlənilən sülh müqaviləsini məhz belə adlandırır. Belə görünür ki, bu və digər səbəbdən Paşinyana erməni cəmiyyətini sülhə hazırlamaq çox çətin olacaq. Brüssel sülh prosesinə Moskvanın narazı münasibətini də nəzərə alsaq, heç şübhəsiz, rusiyayönlü müxalifət əlindən gələni edəcək ki, proses pozulsun. Bütün hallarda Paşinyanın qəliz bir seçim qarşısında qaldığını söyləmək olar. Lakin onun vaxtı uzatmaq limiti də çox deyil. Çünki Azərbaycan, Türkiyə buna imkan verməz.

Politoloq Zərdüşt Əlizadə hesab edir ki, Paşinyan indiki halda çox mürəkkəb vəziyyətdədir. “O, yaxşı anlayır ki, Ermənistan yanlış, xəyali arzulardan, planlardan əl çəkməli və reallıqla barışmalıdır. Bununla yanaşı, Ermənistan gec-tez Azərbaycanın ərazi bütövlüyünü tanımalı və sülh müqaviləsinə qol çəkməlidir. Digər tərəfdən, Paşinyan da dərk edir ki, erməni cəmiyyəti xəstədir. Cığal, harın, azğın erməni müxalifəti isə hər an Paşinyanı devirmək üçün bəhanə axtarır. Onlar istənilən sülh müqaviləsini millətə xəyanət kimi qiymətləndirib baş nazirin üzərinə, onun hakimiyyətini devirmək üçün gedəcəklər”, - deyə Əlizadə şərh edib. Onun sözlərinə görə, Paşinyan çalışır ki, addım-addım həqiqəti erməni cəmiyyətinə yedizdirsin, erməni xalqının 30 il və daha çox inandığı fərziyyələr həqiqətə uyğun deyil. Əlizadənin fikrincə, Paşinyanı hakimiyyətdən uzaqlaşdırmasalar, öldürməsələr, o, Azərbaycanla sülh müqaviləsi imzalayacaq.

Bəs Paşinyana sui-qəsd olarsa, sülh prosesinin aqibəti necə olacaq? Nikol öldürülə bilərmi, məsələn, rusun fitvası ilə? Görəsən, ABŞ, Fransa onu qoruyurmu? Yada salmaq yerinə düşər ki, Ermənistanda siyasi mübarizədə qətllər və terror aktları adi haldır. 1999-cu il 27 oktyabrında parlamentin gülləbaran edilməsini xatırlaya bilərik. Həmin terror hücumu zaman ovaxtkı baş nazir Vazgen Sərkisyan, spiker Karen Dəmirçyan və daha 6 nəfər qətlə yetirilmişdi. Terror olayının üstü indiyə kimi açılmasa da, “izlərin” Rusiyaya apardığına şübhə yox idi. Hər halda, o vaxt Ermənistan və Azərbaycan sülh müqaviləsinin bir addımlığında idi və məhz həmin ilin noyabrında ATƏT-in İstanbul sammitində hansısa sənəd imzalanacaqdı. İndi də tərəflər yazılı anlaşmaya xeyli yaxındır. Yenə noyabrda nəsə gözlənilir. Elə isə kapitulyant ölkədə bu oktyabr 1999-cu ilin oktyabrı təkrarlana bilərmi?

AZƏRBAYCAN-TÜRKİYƏ İTTİFAQI FORMALAŞIR..." - » Dövrün Nəbzi - İnformasiya  Portalı

Murad Sadəddinov

Politoloq Murad Sadəddinovun “Yeni Müsavat”a bildirdiyinə görə, beynəlxalq güclər sülh müqaviləsinin imzalanmasına razılaşıblar: “Sadəcə, Paşinyan qapalı görüşlərdə tərəfləri inandırmağa çalışır ki, sülh sazişi imzalansa, hakimiyyətinin devrilməsi baş verəcək. Hətta bir neçə həftə əvvəl həmin sənədi imzalayacağını söyləyəndə insanlar küçələrə axışdı. Bu da nəticədə prosesin uzadılmasına gətirib çıxarır. Ancaq bizi maraqlandırmır. Azərbaycanın qarşıda planları var və Ermənistanın daxilində siyasi böhranla, xəstə təfəkkürlə barışmaq niyyətində deyilik, təzyiq göstərib sülh müqaviləsi imzalamağa məcbur edəcəyik. Eyni zamanda artıq ermənilərin rasional düşüncəli siyasətçiləri də bu reallığı qəbul ediblər. Ancaq sülh müqaviləsinin imzalanmasının noyabrda olacağını proqnoz vermək çətindir. Düzdür, Prezident İlham Əliyevin Praqada verdiyi bəyanatlarda optimizm hiss olunurdu, bu gedişatla bir neçə ay içində sülh müqaviləsi bağlanması gözləntiləri var”.

Paşinyana sui-qəsdə gəlincə, siyasi ekspertin sözlərinə görə, bəli, Ermənistan dövləti daxili terroru həmişə vasitə kimi istifadə edib: “Gələcəkdə də istisna deyil. Amma bütün terror aktlarının arxasında etiraz edən qüvvə yox, böyük güclərin razılığı dayanırdı. 1999-cu ildə baş verən hadisədən əvvəl rusiyameyilli Köçəryan Fransaya gizli səfər edib və ovaxtkı prezident Jak Şirakla görüşmüşdü. Görünür, həmin mərkəzlərdən "xeyir-dua" aldıqdan sonra hakimiyyətə gəlmişdi. İndisə regionda vəziyyət fərqlidir, bölgədə Türkiyə var, Rusiyanın yanaşması dəyişib, təsir imkanları da o dərəcədə deyil. Paşinyan 44 günlük müharibədəki məğlubiyyətdən sonra hakimiyyətdə qaldı və görünür ki, onu qoruyurlar. Düzdür, hansısa fanatiklərin əməli istisna deyil, ancaq olsa belə 1999-cu il səviyyəsində gözlənilmir".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR