İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Anna ilə dolma bişirdi, qayğanaq yedi - Baş nazirin məzuniyyət VİDEOsu

Ermənistanın Baş naziri Nikol Paşinyanın məzuniyyətdə olduğu günlərə aid maraqlı video yayılıb.

Musavat.com xəbər verir ki, həyat yoldaşı Anna Akopyanın İnstagramda yaydığı videonun süjeti belədir: "Sadə erməni Nikol əlində bazarlıq sumkası, ağır - ağır evə daxil olur. Maaşını almış stajlı montyora bənzəyir; amma biz onu tanıyırıq - Paşinyan özüdür! Paraleldə sadə erməni qadını Anna "erməni milli yeməyi dolma" bükür (süjetə dolma soxuşdurmasaydı, ölərdi sanki - Musavat.com), süfrə hazırlayır; arada yeməklər qarışır, süjetin əvvəlində dolma bükən Annanın əlində iki cür qayğanaq tavası peyda olur. Paşinyan bu dəfə şortikdə epizodik görünür; əlində pult, televizorda AzTV kanalını axtarır; qazanlar qaynayır, tərəkəmə yeməyi bozartma kadrlardadır; ermənilər bütün yeməklərimizi adları ilə işğal ediblər... Montaj bərbad, qat - qarışıq. Lakin mesaj budur: sadə erməni dığası Nikol və sadə axçi Anna məzuniyyətdədirlər. Onlar hər şeyi özləri edirlər. Onlar Köçəryan və Sərkisyan kimi oliqarx deyillər. Panoramlarda evin nimdaş və sadə görüntüləri gözə girir..."

Paşinyan son vaxtlar "sadə və əlçatan" obrazına oynayır; bu, onun nəyinə lazımdır, yaxud bu obraz ona nə zaman lazım olacaq, bəlli deyil. Amma velosiped sürəndə, evində yemək bişirəndə, Annaya gül alanda, ocağında 4-5 qazan eyni anda qaynayanda (sadə ermənidə bu çeşiddə yeməklərin olması imkansızdır) bütün prosesi yaxın planda çəkib yaymaq sadəlik sayılmaz. Bu, düzünə məqsədlə, şit və primitiv propoqandadır! Erməni ictimai rəyini ələ salmaqdır.

Özləri bilərlər. Bizə bu iki aristin növbəti tamaşasına baxmaq da yetərli.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR