Onlayn ictimai-siyasi qəzet
“Yaxın vaxtlarda Avropa Birliyinin 40 nəfərdən ibarət monitorinq missiyası Ermənistana gələcək. Bəzi ekspertlər hesab edir ki, müşahidə missiyasının müddəti uzadılmalı, hətta daimi olmalıdır”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 20-də hökumətin iclasında deyib.
Ermənistan hökumətinin başçısı lazım gələrsə, bu məsələnin daha dərindən araşdırılacağını da bildirib. O, AB-nin Ermənistan-Azərbaycan sərhədində yerləşən mülki müşahidəçilər missiyasının fəaliyyətə başlamasını alqışlayıb və müvafiq razılığın oktyabrın 4-də Praqada keçirilən dördtərəfli görüş zamanı əldə olunduğunu xatırladıb.
“Mən bildirmək istəyirəm ki, Aİ-dən olan tərəfdaşlar çox tez reaksiya verdilər və bununla bağlı qərarlarını da elan etdilər. Hazırlıq qrupu artıq Ermənistandadır. Yaxın vaxtlarda 40 nəfərdən ibarət müşahidə missiyasının əsas qrupu Ermənistana gələcək”, - deyə Nikol Paşinyan qeyd edib.
Musavat.com
23 Sentyabr 2024
22 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ